Zərdabda evdə partlayış olub, 3 nəfər xəsarət alıb

Zərdabda evdə partlayış olub, 3 nəfər xəsarət alıb
# 23 mart 2017 11:08 (UTC +04:00)

Zərdab rayonunda evdə partlayış olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 20.00 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR