Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşının Çexiyaya ekstradisiya edilməsinə qərar verib

Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşının Çexiyaya ekstradisiya edilməsinə qərar verib
# 09 dekabr 2016 07:51 (UTC +04:00)



Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyada axtarışda olan Rusiya vətəndaşı Krillo Smirnovun ekstradisiya ilə bağlı məhkəmə keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, K. Smirnovun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub. O, Çexiyaya ekstradisiya ediləcək.

Qeyd edək ki, Krillo Smirnov Çexiyada məhkəmə qərarını icra etməkdən boyun qaçıraraq ölkəni tərk edib. Çexiya məhkəməsi onu axtarışa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR