Bakıda gecə klubunda qətl törədən şəxsə 10 illik həbs cəzası verilib

Bakıda gecə klubunda qətl törədən şəxsə 10 illik həbs cəzası verilib
# 11 oktyabr 2016 13:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S. Fətullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin yanvarında Bakıdakı “Kofein-klub”da 1989-cu il təvəllüdlü 1989-cu il təvəllüdlü Tural Abbasova kəsici-deşici alətlə xəsarət yetirilib. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev saxlanılıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağırı zərər vurmaq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR