Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
# 24 yanvar 2018 10:36 (UTC +04:00)

Lənkəranda ötən gün axşam saatlarında avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Məlumata görə, Füzuli küçəsində yolu keçmək istəyən rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Gülverdi oğlu Qasımovu avtomobil vurub.

O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M. Qasımov bu gün xəstəxanada ölüb.


Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR