Lənkəranda “Mercedes” “KamAZ”a çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda “Mercedes” “KamAZ”a çırpılıb, 4 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 22 noyabr 2017 07:12 (UTC +04:00)

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə zamanı xəsarət alanlar, minik avtomobilində olan Rusiya vətəndaşları Cəsarət Hafiz oğlu Hüseynov, 1960-cı il təvəllüdlü Şamama Rakif qızı Hüseynova, Lənkəranın Türkəkəran kənd sakini, 1976-cı il təvəllüdlü Nadir Əyyub Oğlu Əzizov və Astaranın Pensər kənd sakini Elduzə Sabir qızı Dadaşovadır.

Xəsarət alanlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müalicələri davam etdirilir.


Hadisəyə səbəb kimi “Mercedes” markalı avtomaşının sürücüsünün idarəetməni itirməsi və minik avtomobilinin arxadan “KamAZ”a çırpılması göstərilir.

Fakt araşdırılır.

04.01

Lənkəranda yük maşını ilə minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Ələt –Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı yük və “Mercedes” markalı minik avtomobilləri toqquşub, nəticədə 4 nəfər ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Qəzanın səbəbləri və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR