Cəlilabadda motosiklet avtomobillə toqquşub, 2 qardaş ölüb

Cəlilabadda motosiklet avtomobillə toqquşub, 2 qardaş ölüb
# 23 iyul 2018 10:05 (UTC +04:00)

Cəlilabad rayonunda motosiklet avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 22-də saat 5 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakinləri Fariz Novruzlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Tural Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub.

Nəticədə T. Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR