Gəncədə iki qadını avtomobil vurub

Gəncədə iki qadını avtomobil vurub
# 04 iyun 2018 21:27 (UTC +04:00)

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Gəncənin Dəmir yol vağzalı yaxınlığında baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyada, 1956-cı il təvəllüdlü Həsənova Təranə və 1974-cü il təvəllüdlü Ağayeva Rənanı vurub. Xəsarət alan hər iki qadın sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR