“Azər Türk Bank” 2017-ci ili mənfəətlə başa vurub

“Azər Türk Bank” 2017-ci ili mənfəətlə başa vurub
# 18 yanvar 2018 10:12 (UTC +04:00)

Dövlət bankı “Azər Türk Bank”ın 01 yanvar 2018-ci il tarixinə aktivləri 336 mln. 764 min manat səviyyəsində olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın kredit portfelinin həcmi 119 mln. 838 min manat təşkil edib.

Hesabat dövründə ümumi gəlirlər 96 mln. 569 min manat , xərclər 95 mln. 425 min manat olub. Ötən ilin son rübündə Bank 1 mln. 143 min manat həcmində mənfəət əldə edib.

Ötən il məcmu kapitalın həcmi 53 mln. 186 min manat olub. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 27,7% təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

Hesabat dövründə bankın nizamnamə kapitalı 50 milyon manat təşkil edib.

Ötən il ərzində bank 180 mln. manat həcmində depozit cəlb edib ki, bunun da 75,7 mln. manatı əhalinin əmanətləridir.

Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur.

Ötən il ərzində bankın müştərilərinin sayı 53% artaraq 24 560 nəfərə çatıb.

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR