Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
# 31 mart 2018 07:16 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Hərəkətdə olan “VAZ2104” markalı avtomoiblin başqa bir maşınla toqquşması nəticəsində “VAZ”-ın sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, 60 yaşlı Lİba Niftəliyeva isə xəstəxanaya çatdırılanda yolda ölüb.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma parılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR