ABŞ-ın Azərbaycandakı Səfirliyi sahibkarları Qlobal Sahibkarlıq Sammitində iştirak etməyə çağırır.

ABŞ-ın Azərbaycandakı Səfirliyi sahibkarları Qlobal Sahibkarlıq Sammitində iştirak etməyə çağırır.
# 11 avqust 2017 16:08 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı Səfirliyi sahibkar, investor və ekosistem sahəsində çalışanları Qlobal Sahibkarlıq Sammitində iştirak etməyə çağırır. Səfirlikdən APA-ya verilən məlumata görə, sammit ilin noyabrın 28-30 Hindistanın Haydarabad şəhərində keçiriləcək. Sammitdə Birləşmiş Ştatlardan, Hindistandan və dünyanın müxtəlif ölkələrindən olan

nümayəndələr kiçik və orta bizneslər proqramının inkişafını və sahibkarların, xüsusilə

qadınların sözügedən proqramda iştirakının artırılmasını müzakirə edəcəklər. 2017 ilin enerji və infrastruktur, maliyyə texnologiyaları və rəqəmsal kommersiya, səhiyyə və elm, media və əyləncə sahələrini əhatə edəcək. “Bu il ABŞ Səfirliyi investor və ekosistem sahəsində çalışanların tədbirdə təmsil olunmasında maraqlıdır. Beynəlxalq investor və ekosistem sahəsində çalışanlar Hindistana səfərini və qalmaq xərcləri özləri ödəməlidirlər. Müraciət üçün adınızı və kontakt məlumatı əks etdirən sənədinizi (Microsoft Word və ya Adobe Acrobat (.pdf) formatında), 3-4 paraqrafdan ibarət layihə təsvirini, və CV-ni avqust 15, saat 17:00 kimi [email protected] ünvanına göndərin”,- deyə səfirliyin müraciətində bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR