Gədəbəydə kürəkənini öldürən şəxs tutulub

Gədəbəydə kürəkənini öldürən şəxs tutulub
# 10 iyul 2018 09:59 (UTC +04:00)

Gədəbəydə törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 6-da Gədəbəy rayonunda, Cəyir çayının Günəş kəndinin ərazisindən keçən hissəsində, Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

APA-nın qərb bürosunun əldə etdiyi məlumata görə, qətli törədən Zakir İsgəndərov qətlə yetirilən Emin Bədəlovun qayınatasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR