Kəmaləddin Heydərov Qobustan şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Qobustan şəhərində vətəndaşları qəbul edəcək
# 24 aprel 2017 10:01 (UTC +04:00)

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 28-də Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında 27 aprel 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR