Mərkəzi Bank BFV qarşısında öhdəliklərini 2% artırıb

Mərkəzi Bank BFV qarşısında öhdəliklərini 2% artırıb
# 30 aprel 2018 15:27 (UTC +04:00)

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi öhdəliklərinin məbləği 18 mlrd. 122,382 mln. manat olub ki, bu da 2016-cı illə müqayisədə 8% azdır.

APA-Economics” AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə rezident bankların AMB-də qısamüddətli depozitlərinin məbləği azalıb. Belə ki, ötən ilin sonuna qısamüddətli depozitlərin həcmi 26% azalaraq 4 389,826 mln. manata enib.

Hesabat dövrünün sonuna AMB-nin hökumәt idarәlәri qarşısında öhdәliklәri 1 530,229 mln. manata, kredit tәşkilatları qarşısında öhdәliklәri 2 70,918 mln. manata bərabər olub.

Bundan başqa, ötən il AMB-nin Beynәlxalq Valyuta Fondu ilә әmәliyyatlar üzrә öhdәliklәrinin məbləği 1,83% artaraq 373,299 mln. manata, beynәlxalq maliyyә institutları qarşısında öhdәliklәri isə 8,5% artaraq 4,693 mln. manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR