Bakı şəhər prokurorluğunda kollegiya iclası keçirilib

Bakı şəhər prokurorluğunda kollegiya iclası keçirilib
# 24 yanvar 2018 15:11 (UTC +04:00)

Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2017-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Prokurorluqdan APA-ya verilən məlumata görə, iclasda Bakı şəhər prokuroru İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edib.

O qeyd edib ki, hesabat dövründə şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.

Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 26266 müraciətinə baxılıb, həmin müraciətlərdən 5259-na baxılaraq həll edilib, o cümlədən 1744 müraciət təmin edilib. Həmin dövr ərzində 4597 vətəndaş qəbul edilib, rayon prokurorları tərəfindən 2010 nəfər, Bakı şəhər prokurorluğunda 2348 nəfər, onlardan da 448-i şəhər prokuroru tərəfindən qəbul olunub.

Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR