Prezident İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Prezident İlham Əliyev Seneqal Prezidentini təbrik edib
# 07 mart 2019 16:03 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla təbrik ünvanlayıb.

ONA xəbər verir ki, təbrikdə deyilir: “Seneqal Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR