Gəncədə uşağın üzərinə qaynar samovar aşıb

Gəncədə uşağın üzərinə qaynar samovar aşıb
# 10 iyul 2017 09:49 (UTC +04:00)

Gəncədə qaynar samovar 4 yaşlı uşağın üzərinə aşıb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncənin mərkəzi bazarının yaxınlığında baş verib. Şəhər sakini, 2013-cü il təvəllüdlü Abbas Ramil oğlu Əbülfətli ehtiyatsızlıq nəticəsində qaynar samovarı üzərinə aşırıb. Hadisə zamanı yanıq xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR