Maykl Essien: “Azərbaycana gəlməklə bağlı düzgün qərar vermişəm”

Maykl Essien: “Azərbaycana gəlməklə bağlı düzgün qərar vermişəm”
# 04 mart 2019 13:51 (UTC +04:00)

“Çox maraqlı səfər oldu. Mən Bakıya dəvəti UEFA-dan aldım”. ONA-nın məlumatına görə, bu sözləri Qana millisinin və İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Maykl Essien deyib.
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa həsr olunan “Ulduzlar finalı”nda iştirak üçün Azərbaycana gələn veteran futbolçu səfər barədə fikirlərini açıqlayıb. M.Essien AFFA-nın bu gün baş tutan Hesabat Konfransından sonra mətbuat nümayəndələrinin önünə çıxıb: “Elə düşünürəm ki, Azərbaycana gəlməklə bağlı düzgün qərar vermişəm. Bakıda təşkil olunan “Ulduzlar finalı” Avropa Liqasının burada keçiriləcək finalının təbliği idi. Hesab edirəm ki, qarşılaşma maraqlı alındı. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Çelsi”ni görmək istəyirəm. Ümid edirəm ki, həmin görüşü izləmək üçün də Azərbaycana gələcəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR