"Zaminbank" Müşahidə Şurasının sabiq sədrinin barəsindəki cinayət işi ayrı istintaq edilir

"Zaminbank" Müşahidə Şurasının sabiq sədrinin barəsindəki cinayət işi ayrı istintaq edilir
# 04 may 2018 12:30 (UTC +04:00)

Sabiq nazir Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə keçmiş "Zaminbank"ın ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılov barəsində cinayət işi materialının ayrılıb-ayrılmaması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə verilmiş sorğuya cavab gəlib.

Bildirilib ki, R. Heybətovun cinayət işi materiallarından N. İsmayılov və bankın işçisi Gülər Ələkbərova barəsində sübutların qiymətləndirilməsi üçün iş materialları ayrılıb. Hazırda cinayət təqibi ilə bağlı araşdırmalar davam etdirilir.

İş materialları bank tərəfindən qanunsuz köçürmələrlə əlaqədardır.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Rövşən Heybətov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR