Şəkidə məktəbdə yanğın olub

Şəkidə məktəbdə yanğın olub
# 23 iyul 2017 07:28 (UTC +04:00)

Şəkidə məktəbdə yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın iyulun 22-i axşam saat 20 radələrində Şəki şəhərində fəaliyyət göstərən 10 saylı tam orta məktəbin ümumi sahəsi 60 kv/m olan anbarının çardaq hissəsində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərazində söndürülüb. Yanğın nəticəsində anbarın dam örtüyünün 2 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR