İsrail Suriyaya raket zərbəsi endirib

İsrail Suriyaya raket zərbəsi endirib
# 09 may 2018 00:24 (UTC +04:00)

İsrail hərbçiləri Suriyanın paytaxt Dəməşqin cənubundakı ərazilərinə raket zərbəsi endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

“Suriya havadan müdafiə qüvvələri İsrailin iki raketini Dəməşq əyalətinin Kisva rayonu üzərində məhv etməyə müvəffəq olub”, - deyə məlumatda bildirilir.

İsrail Müdafiə Nazirliyi raket zərbəsini və insidentlə əlaqəli olmasını şərh etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR