Azərbaycan futbolçuları Xorvatiya ilə qarşılaşacaq

Azərbaycan futbolçuları Xorvatiya ilə qarşılaşacaq
# 05 aprel 2018 14:58 (UTC +04:00)

16 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, turnirin təqvimi artıq müəyyənləşib.

Millimiz Bosniya və Herseqovinada keçiriləcək yarışda ilk olaraq makedonlarla üz-üzə gələcək. Aprelin 18-də baş tutacaq oyun Bakı vaxtı ilə 12:30-da start götürəcək.

İki gündən sonra Xorvatiya ilə qarşılaşacaq (16:00) U-16 aprelin 22-dəki son matçda ev sahibi Bosniya və Herseqovina ilə (12:30) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada keçiriləcək UEFA İnkişaf turnirində mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR