Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirilib.
FHN-dən APA-ya verilən məlumata görə, təlim Regional Mərkəzin Xilasetmə hissəsinin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə davranışlarının, gecə vaxtı baş verə bilən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.
Sonda təlim zamanı həyata keçirilmiş əməliyyatların təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Aysel Şahmar