Hindistanda yaşayış binası uçub, ölənlər var

Hindistanda yaşayış binası uçub, ölənlər var
# 18 iyul 2018 01:52 (UTC +04:00)

Hindistanın paytaxtı Dehli yaxınlığında 6 mərtəbəli yaşayış binası uçub.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 50 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

Məlumata görə, binada 18 ailə yaşayıb.

Binanın uçmasının səbəbləri hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR