Seçkilərdə imza vərəqləri ilə bağlı bəzi prosedurlar müəyyənləşir

Seçkilərdə imza vərəqləri ilə bağlı bəzi prosedurlar müəyyənləşir
# 06 dekabr 2017 11:49 (UTC +04:00)

Azərbaycanda seçkilərdə namizədliyini irəli sürmüş şəxs və onun səlahiyyətli nümayəndəsi ilə bağlı yeni tələblər müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bu, Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişiklərdə əksini tapıb.

Məcəllənin 53-cü (Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi) maddəsinə təklif edilən əlavəyə görə, imza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqinin aşağı künc hissəsində imza qoyur.

54-cü (Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi) maddəsinə təklif edilən əlavəyə görə isə seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR