® Bank of Baku ipoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı!

<font color=red>® </font> Bank of Baku ipoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı saldı!
# 16 noyabr 2017 09:09 (UTC +04:00)

Bank of Baku, ev sahibi olmaq istəyənləri yenə sevindirdi – İpoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirdi.

İllik faiz dərəcəsini aşağı salan bank, 150.000 AZN-dək İpoteka kreditini indi 7% illik faiz dərəcəsi ilə təqdim edir.

Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLKİN ÖDƏNİŞ isə sadəcə 20% təşkil edir.

İpoteka krediti əldə etmək istəyənlər rəsmiləşdirmə üçün aşağıdakı ilkin sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
  • Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  • Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  • İş yerini və gəlirlərini təsdiq edən sənədlər.
  • Asan imza və ya Elektron imza

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına İpoteka kreditlərindən faydalanmaq istəyən hər bir şəxs https://e-gov.az saytından qeydiyyat keçib, Bank of Baku-ya müraciət edə bilər.

145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla Bank of Baku-nun təqdim etdiyi İpoteka krediti haqqında ətraflı məlumat almaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR