Ağstafada 31 yaşlı qadını avtomobil vurub

Ağstafada 31 yaşlı qadını avtomobil vurub
# 01 oktyabr 2017 11:19 (UTC +04:00)

Ağstafada piyadanı avtomobil vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Eynallı kənd sakini 1986-cı il təvəllüdlü Mustafayeva Svetlana Qəhrəman qızı yolu keçən zaman “VAZ” markalı avtomobillə vurulub. Xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR