Göyçayda 12 yaşlı qızı avtomobil vurub

Göyçayda 12 yaşlı qızı avtomobil vurub
# 18 avqust 2017 09:24 (UTC +04:00)

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili yolu keçən Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Kuyeyeva Nərminə Elnur qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Nərminə Kuyeyeva təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR