Rabitə və informasiya texnologiyaları naziri Neftçalada vətəndaşları qəbul edib - FOTO

Rabitə və informasiya texnologiyaları naziri Neftçalada vətəndaşları qəbul edib  - <span style="color: red;">FOTO
# 22 fevral 2014 09:27 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Neftçalada vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Neftçala, Salyan, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Onların əksəriyyəti nazirə işlə əlaqədar müraciətlər edib. Nazirliyin strukturunda işləyən bəzi vətəndaşların övladlarının təhsil haqqının ödənilməsi də nazir tərəfindən müsbət həll olunub. Digər müraciətlər isə internet təminatı ilə əlaqədar olub.

Qəbul eyni zamanda video-konfrans şəklində aparılıb. Aidiyyəti şikayətlər olduğu təqdirdə, adı çəkilən rayonların telekommunikasiya müəssisələrinin rəhbərləri qəbulda nazirlə canlı əlaqə saxlaya bilib. İşlə əlaqədar müraciət edənlərin əksəriyyətinin işlə təmin olunmasına göstəriş verilib. Digər müraciətlər isə araşdırılması üçün qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR