Şəkidə avtomobil yanıb

Şəkidə avtomobil yanıb
# 13 avqust 2012 07:55 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda yük avtomobili yanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin(FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Daşyüz kəndi ərazisindən keçən hissəsində baş verib. Yanğın 1949-cu il təvəllüdlü, Bakı şəhər sakini Quliyev Tofiq Allahverən oğlunun idarə etdiyi “Nova” markalı özüboşaldan yük maşının kabinə hissəsində qeydə alınıb. Hadisə yerinə FHN-nin Şəki rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yük maşınının kabinə hissəsi və qabaq şinləri yanaraq yararsız hala düşüb. Sürücü xəsarət almayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR