BAXCP Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin müdafiəsi məqsədilə toplanılmış seçici imzalarını MSK-ya təqdim edib

BAXCP Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin müdafiəsi məqsədilə toplanılmış seçici imzalarını MSK-ya təqdim edib
# 06 sentyabr 2013 11:04 (UTC +04:00)

Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin müdafiəsi məqsədilə toplanılmış seçici imzaları və digər sənədlər bu gün Mərkəzi Seçki Komissiyasına təqdim olunub. BAXCP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, partiyanın səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli bildirib ki, Mərkəzi Seçki Komissiyasına 92 seçki dairəsi üzrə 883 imza vərəqində 44 150 (qırx dörd min yüz əlli) imza təqdim olunub.

E. Mirzəbəyli deyib ki, BAXCP sədrinin prezidentliyə namizədliyinin müdafiəsi üçün seçici imzalarının toplanılmasına avqustun 22-dən etibarən başlanılıb: “İmza toplanılması prosesində partiyanın rəhbərliyinə daxil olan şəxslər, rayon və şəhər təşkilatlarının seçkili orqanlarının təmsilçiləri, BAXCP üzvləri və təəssübkeşləri fəallıq göstəriblər. İmza toplama kampaniyası əsasən sentyabrın 3-də başa çatıb. 2 gün ərzində partiyanın seçki qərargahında imza vərəqləri müvafiq qaydada dairələr üzrə çeşidlənərək təsdiqlənib və tələb olunan digər sənədlərlə bərabər Mərkəzi Seçki Komissiyasına təqdim olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR