Bakı – APA. Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində prezident sarayının yaxınlığında Fransa ordusunun tankları peyda olub.
APA-nın “The Daily Star” qəzetinə istinadən verdiyi məlumata görə, günün ikinci yarısında ən əzı 4 tank prezident sarayı ətrafında mövqe tutub.
Qeyd edək ki, bir müddət öncə prezident Mişel Cotodiya istefa verib.