Türkiyədə Azərbaycan karikaturaçılarının sərgisi açılacaq

Türkiyədə Azərbaycan karikaturaçılarının sərgisi açılacaq
# 22 aprel 2013 10:03 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA. Mayın 7-də Türkiyənin Anadolu karikatura muzeyində Azərbaycan karikaturaçılarının sərgisi keçiriləcək. Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin APA-ya verdiyi məlumata görə, sərgidə 30-dan artıq karikaturaçı rəssamın son 100 ildə yaratdığı 150-yə yaxın müxtəlif mövzulu əsərləri nümayiş olunacaq.

Ə.Əzimzadənin 133 illiyinə həsr olunan və görkəmli sənətkarın doğum günü keçiriləcək sərgi Anadolu Universitetinin və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin birgə layihəsidir.

Qeyd edək ki, sərgi bur ay davam edəcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR