Açıq Cəmiyyət Partiyasının iki üzvü istefa verərək “El” Hərəkatına qoşulub

Açıq Cəmiyyət Partiyasının iki üzvü istefa verərək “El” Hərəkatına qoşulub
# 28 mart 2013 14:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Açıq Cəmiyyət Partiyasının (ACP) iki üzvü partiyadan istefa verərək “El” Hərəkatına qoşulmaqla bağlı bəyanatla çıxış edib. Hərəkatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ACP Ali Məclisinin sədr müavini, İdarə Heyətinin üzvü Feyruz Quliyev və Ali Məclis və İdarə Heyətinin üzvü Oqtay Mirzəyev partiyadan istefa verərək “El” Hərəkatına keçiblər.

ACP sədrinin sabiq müavini, partiyanın Ali Şurasının və İdarə Heyətinin keçmiş üzvü Nizami Məmmədov da “El” Hərəkatına qoşulub.

Bununla əlaqədar APA-ya açıqlama verən ACP sədri Sülhəddin Əkbər həmin şəxslərin partiyada aktiv fəaliyyət göstərmədiyini və onların istefa verərək “El” Hərəkatına qoşulmasından xəbərsiz olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR