Ermənistan prezidenti Rusiya əleyhinə bəyanat səsləndirib

Ermənistan prezidenti Rusiya əleyhinə bəyanat səsləndirib
# 19 mart 2015 08:52 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Rusiyanın Azərbaycana silah satmasından narahat olduqlarını bildirib.

“Problem ondadır ki, sərhəddə dayanan erməni əsgəri onu məhz Rusiya silahı ilə məhv etmək cəhdlərinin olduğunu anlayır. Bu, problemdir və həll edilməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan silah idxalının 85 faizi Rusiyanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR