Rövnəq Abdullayev: “DESFA-nın özəlləşdirilməsi daha çox Yunanıstana lazımdır”

Rövnəq Abdullayev: “DESFA-nın özəlləşdirilməsi daha çox Yunanıstana lazımdır”
# 07 noyabr 2014 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ARDNŞ-in Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin 66% səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqləməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirib.

APA-Economics”in məlumatına görə, R. Abdullayev bildirib ki, bu yoxlamalar normal bir prosesdir: “Bu proses Avropa İttifaqına aid olan ölkələrdə bir az mürəkkəb həyata keçirilir. Yunanıstanda sözügedən birliyin üzvü olduğu üçün istər-istəməz bizdə bu prosesləri keçməliyik. Hal-hazırda bu istiqamətdə iş gedir. Bu layihə daha çox Yunanıstana lazımdır. Digər halda investisiya yatırılası çox yerlər var və daha gəlirli layihələr mövcuddur. Bu layihə isə artıq Yunanıstanın marağındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR