Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 25 yanvar 2013 13:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il yanvarın 1-nə müsbət 6,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks dekabrın əvvəlində mənfi 6,9%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının aylıq dinamikasını əks etdirir. Göründüyü kimi, indeksin artmasından başqa, o müsbət zonada olub. İndeksin müsbət olması isə anbarlarda mal ehtiyatlarının artmasını göstərir.

Qeyd edək ki, Azərbaycanda 2013-cü il yanvarın 1-nə sənaye müəssisələrinin anbarlarında 291,9 mln. manat həcmində hazır məhsul ehtiyatı olub və bu, dekabrın 1-nə nisbətən 17,2 mln. manat çoxdur.

Sənaye mal ehtiyatlarının artması istehsalın artması və ya istehlakın azalması ilə əlaqədar ola bilər. Statistikaya əsasən, mədənçıxarma və emal sənayesi üzrə istehsalın həcmi dekabrda noyabr ayı ilə müqayisədə 371,6 mln. manat artıb ki, bu artımı mal ehtiyatlarının artmasının əsas səbəbi kimi qiymətləndirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR