“Bank Respublika” “PayKart Kredit” kartı ilə manatla kredit təklif edir - FOTO

“Bank Respublika” “PayKart Kredit” kartı ilə manatla kredit təklif edir - <span style="color: red;">FOTO
# 25 may 2015 13:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İndi “Bank Respublika”nın “PayKart Kredit” kartından əvvəllər bankın müştərisi olmayanlar da faydalana bilərlər, həmçinin müştərilərin tələbatlarını nəzərə almaqla kart üzrə kredit xətti milli valyutada açılır.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Bank Respublika”nın “Paykart Kredit” adlı kredit məhsulu alış-veriş zamanı hissə-hissə ödəniş etmək və zərurət yarandığı hallarda nağd pul vəsaitini əldə etmək imkanlarını yaradan, bərpa olunan kredit xətli bank kartıdır.

Tanınmış brendlərdən ibarət geniş partnyor şəbəkəsi ilə yanaşı, yeni məhsul həmin şəbəkə xaricində ticarət məntəqələri seçimində alıcılara tam şəkildə sərbəstlik və istənilən zaman nağd pulun çıxarılmasını təklif edir.

“MasterCard” ödəniş sisteminin bazasında yaradılan bu kart, həmçinin xaricdə dünyanın 200-dən artıq ölkəsində kreditlə alış-veriş imkanı verir.

Partnyor şəbəkəsində faizsiz alış-veriş (PayPartner seçimi)

“PayKart Kredit” kartı ilə partnyor şəbəkəsində aparılan alışların ödənilməsi kart sahibinin istəyi ilə bərabər hissələrlə 3, 6, 9 və 12 aya bölünə bilər. Həmçinin partnyor şəbəkəsində aparılan alış-veriş tamamilə faizsiz elan edilir.

Partnyor şəbəkəsində kreditlə alış-veriş (PayClient seçimi)

İstədiyiniz seçim mövcud olmadıqda, konkret alış-veriş zamanı ödənişi 12 ay müddətinə bölmək imkanı verən PayClient seçimini etmək olar.

Parnyor şəbəkəsindən xaric alış-veriş (“PayFree” və“PayTravel” seçimləri)

Partnyor şəbəkəsindən xaric və xarici ölkələrdə “MasterCard” ödəniş sisteminin kartlarının keçərli olduğu satış məntəqələrində aparılan alışların ödənişi avtomatik qaydada 12 aya bölünəcək. Analoji ödənişlər kreditlə, müqavilədə göstərilmiş mövcud faiz dərəcəsinə uyğun həyata keçirilir.

Nağd vəsaitlərin çıxarılması ("PayCash"seçimləri)

Kartın “PayCash” seçimi istənilən vaxt istər Azərbaycanda, istər xaricdə pul vəsaitinin nağdlaşdırılmasına imkan verir. Bu seçim həmçinin ödənişin 12 aya bölünməsini nəzərdə tutur və əlavə faizin nəzərə alınması ilə təqdim edilir. Burada nağdlaşdırılma üçün nəzərdə tutulan maksimal limit ümumi kredit xəttinin 30% təşkil edir.

“Paykart Kredit” kartını əldə etmək üçün gəlirlər haqqında arayış və ya kart hesabından çıxarışın təqdim edilməsi tələb olunur. Kart 5 il müddətinə 10 000 manatlıq maksimal kredit xətti ilə müştərilərə verilir.

“PayKart Kredit” kartı haqqında daha ətraflı məlumatı və kartın sifarişini www.paykart.az saytında, bankın rəsmi Facebook səhifəsində həmçinin bütün filial və şöbələrində əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR