Bakıda uşaq avtoşəhərciklərində maarifləndirmə tədbirləri keçiriləcək

Bakıda uşaq avtoşəhərciklərində maarifləndirmə tədbirləri keçiriləcək
# 11 sentyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) uşaq avtoşəhərciklərində tədbir keçirəcək. Bu barədə APA-ya BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, sentyabrın 10-dan etibarən “Diqqət uşaqlar!” adı altında keçirilən təhlükəsizlik ayı çərçivəsində BŞDYPİ, Bakı Şəhər Təhsil İdarəsi, Nəsimi rayon 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi və Sabunçu rayonunda yerləşən “ASAN Xidmət”lə birgə məktəbyaşlı uşaqlar arasında yol hərəkətinə dair maarifləndirmə işlərinin aparılması üçün tədbirlər planı təsdiq edib. Tədbirlər oktyabrın 10-a qədər uşaq avtoşəhərciklərində davam etdiriləcək.

V. Əsədov, tədbirlərin məktəblilərin iştirakı ilə baş verəcək yol qəza hadisələrinin sayının minimuma endirilməsi məqsədilə həyata keçirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR