Bakıda Şuşanın işğal günü ilə əlaqədar foto-sərgi açılıb

Bakıda Şuşanın işğal günü ilə əlaqədar foto-sərgi açılıb
# 08 may 2012 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakı şəhərinin Səbail rayon İcra Hakimiyyəti və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sahil Bağında «Azərbaycan xalqının soyqırım qurbanları» adlı foto-sərgi açılıb. APA-nın məlumatına görə, foto sərginin açılış mərasiminə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Şuşa rayon ictimaiyyətinin nümayəndələri, vətəndaşlar qatılıblar.

Sərgidə ayrı-ayrı dövrlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları ilə bağlı fotolar nümayiş etdirilib.

Foto-sərgi ilə yanaşı, ərazidə Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Şuşanın işğalına etiraz olaraq gənclərin iştirakı ilə aksiya keçirilib. İştirakçılar tərəfindən şəhərin mərkəzində əhaliyə, xüsusilə də xarici vətəndaşlara Şuşa barəsində açıqcalar paylanıb.

Daha sonra Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon İcra Hakimiyyətinin rayonda məskunlaşmış şuşalı məcburi köçkünlərlə görüşü keçirilib. Onlara yardımlar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR