Bank Of Baku

10 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 172 mln. manat vəsait daxil olub

10 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 172 mln. manat vəsait daxil olub
# 23 noyabr 2026 16:01 (UTC +04:00)

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-oktyabr ayları ərzində 49 hərrac keçirilib.

"APA-Economics" quruma istinadən xəbər verir ki, hərraclarda 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 980 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 124 milyon manat təşkil edib.

Hesabat dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 477-si qeyri-yaşayış, 3.412-si torpaq sahələri üzrə olmaqla 3.889 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 48 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 172 milyon manat vəsait daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR