Rusiyanın Kolomna şəhərində ÜAK-ın yeni nümayəndəliyi açılıb - FOTO

Rusiyanın Kolomna şəhərində ÜAK-ın yeni nümayəndəliyi açılıb - <span style="color: red;">FOTO
# 26 yanvar 2013 11:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA, Ümumrusiya Azərbaycan Konqresinin Rusiya Federasiyasının Kolomno şəhərində yeni nümayəndəliyi açılıb. APA-nın Rusiya bürosununn məlumatına görə, nümayəndəliyin yaradılması üçün təşkil olunmuş tədbirdə ÜAK-ın şöbə müdiri Rövşən Rüstəmov və regionlar üzrə kurator Ülfət Əliyev iştirak ediblər.

Tədbir çərçivəsində ÜAK nümayəndələrinin və yenicə yaradılmış diaspor təşkilatının rəhbərlərinin Kolomna şəhər administrasiya rəhbərinin müavini Qenadi Linkeyeviç ilə görüşü baş tutub.

Q. Linkeyeviç Kolomna şəhərində belə bir diaspor təşkilatın yaranmasının cox gözəl bir fikir olduğunu bildirib: “Biz Azərbaycan mədəniyyətini – Müslüm Moqamayevi, Zeynab Xanlarovanı, Səməd Vurğunu çox gözəl tanıyırıq. Azərbaycanlılar şəhərimizin inkişafına böyük təkan veriblər. Bura həm də onarın vətənidir. Ona görədə biz, bu çür təşəbbüsləri alqışlayırıq”.

ÜAK-ın Kolomna şəhər nümayəndəliyinin rəhbəri Elxan Qurbanov və təşkilat təmsilçiləri təşkilatın fəaliyyəti haqqında məlumat veriblər. Rusiyanın 80-dan artıq regionunda nümayəndəliklərinin fəaliyyət göstərdiyini qeyd edən ÜAK nümayəndələri konqres adından şəhər rəhbərliyinə Azərbaycan prezidenti İlham Əliyevdən bəhs edən kitablar hədiyyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR