Bank Of Baku

9 ayda vətəndaşlara və şirkətlərə büdcədən 254,5 mln. manat qaytarılıb

9 ayda vətəndaşlara və şirkətlərə büdcədən 254,5 mln. manat qaytarılıb
# 07 oktyabr 2026 15:31 (UTC +04:00)

2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 254 milyon 453,6 min manat vəsait geri qaytarılıb.

“APA-Economics” xəbər verir ki, geri qaytarılan vəsaitlərin bir hissəsi fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərində aldığı mallara və xidmətlərə görə ödədiyi ƏDV-nin qaytarılması ilə bağlı olub.

Bura, həmçinin teatr, kino, muzey və konsert xidmətləri, tibbi xidmətlər, işğaldan azad edilmiş ərazilərdə göstərilən mehmanxana xidmətləri üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması daxildir.

Bundan başqa, əcnəbilərin Azərbaycanda istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödədiyi ƏDV də geri qaytarılan vəsaitlər sırasındadır.

Hesabat dövründə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsi də büdcədən geri qaytarılıb.

Eyni zamanda, artıq ödənilmiş vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlərin geri qaytarılması həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR