Motosikleti beton dirəyə çırpan Zaqatala sakini yerindəcə ölüb

Motosikleti beton dirəyə çırpan Zaqatala sakini yerindəcə ölüb
# 11 may 2013 09:26 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 08.30 radələrində Zaqatala şəhərində baş verib.

Zaqatala rayonu Bəhmədli kənd sakini, 1985-ci il təvəllüdlü Abdullayev Anar Məzahir oğlu idarə etdiyi “Honda” markalı, dövlət nömrə nişanı olmayan motosikleti yolun kənarındakı beton dirəyə çırpıb.

A. Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR