Qazax rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Qazax rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 10 sentyabr 2013 10:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə Nazirlikdən «APA-Economics»ə verilən məlumatda bildirilir.

Məlumata görə, Fond Qazax rayonunda müasir çörək istehsalı zavodunun, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının, xalçaçılıq müəssisəsinin yaradılması üzrə layihələrin kreditləşdirilməsini məqsədəuyğun hesab edir.

Qazax rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini SKMF-in müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də Fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR