Rusiyada axtarışda olan azərbaycanlı Gəncədə saxlanılıb

Rusiyada axtarışda olan azərbaycanlı Gəncədə saxlanılıb
# 12 sentyabr 2013 08:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Rusiyada cinayət törədərək Azərbaycana gələn şəxs Gəncədə saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində bu ilin iyun ayından Rusiya Federasiyasında axtarışda olan, 1992-ci il təvəllüdlü Sənan Tağıyev Gəncədə yaşadığı evdə saxlanılaraq hüquq-mühafizə orqanlarına təqdim edilib. Məlumata görə, S. Tağıyev Rusiyada sağlamlığa zərər vurduğuna görə axtarışda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR