Obama Krım tatarlarının nümayəndələri ilə görüşmək niyyətindədir

Obama Krım tatarlarının nümayəndələri ilə görüşmək niyyətindədir
# 31 may 2014 03:10 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Obamanın milli təhlükəsizlik üzrə müşaviri Ben Rods bəyan edib.

“Barak Obama Krım tatarlarına dəstək nümayiş etdirmək üçün bu görüşü planlaşdırır”, deyə Rods bildirib.

Onun sözlərinə görə, Krım tatarlarının düşdüyü vəziyyət, onların hüquqlarının pozulması ABŞ prezidentini son dərəcədə narahat edir.

Qeyd edək ki, iyunun 4-də Barak Obama Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR