İran iş adamı Babək Zəncaninin həbs olunmasının səbəblərini açıqlayıb

İran iş adamı Babək Zəncaninin həbs olunmasının səbəblərini açıqlayıb
# 04 yanvar 2014 16:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu bildirilən Babək Zəncaninin həbs səbəbi açıqlanıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin 90-cı maddə komissiyasının sözçüsü Mustafa Əfzəli Fərd bildirib ki, B. Zəncani İran Neft Nazirliyinə olan borcu və sosial sığorta məsələsi ilə bağlı açılmış cinayət işi ilə əlaqədar tutulub.

Parlament üzvü B. Zəncaninin Türkiyədəki rüşvət və korrupsiya qalmaqalında rol oynaması ilə bağlı iddiaların araşdırılıb-araşdırılmayacağına dair sualı da cavablandırıb: “Bu məsələ ilə bağlı qarşı tərəfdən şikayət gəlməli və ya komissiya öz qərarı ilə mövzunu araşdırmağa başlamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR