Azərbaycanın Türkiyədə inşa etdiyi limanın tikintisi gələn ilin ortalarında tam yekunlaşacaq

Azərbaycanın Türkiyədə inşa etdiyi limanın tikintisi gələn ilin ortalarında tam yekunlaşacaq
# 03 iyun 2014 13:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Türkiyənin İzmir şəhərinin Petkim yarımadasında həyata keçirdiyi “Petlim” limanının tikintisinin inşası davam edir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, limanın inşası gələn ilin yay aylarında, iyul-avqust aylarında tam yekunlaşacaq. Limanın açılışına Azərbaycan prezidenti İlham Əliyev də dəvət ediləcək: “Güman edirik ki, limanın açılışına cənab prezident özü də iştirak edəcək”.

O bildirib ki, iyunun 6-da “Petlim”in maliyyələşdirilməsi üzrə kommersiya bankları ilə imzalanma mərasimi keçiriləcək. O qeyd edib ki, imzalanma mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Azərbaycanın energetika naziri Natiq Əliyev qatılacaqlar. Türkiyə tərəfdən isə enerji və təbii sərvətlər, həmçinin sənaye və texnologiyalar nazirləri iştirak edəcəklər.

K. Yavuz deyib ki, “SOCAR Turkey Enerji” qarşısına çox böyük hədəflər qoyub: “Hədəfimiz Türkiyə dövlətinin 100 illiyinə, yəni 2023-cü ilə qədər Türkiyənin birinci sənaye şirkətinin olmasıdır. Bu istiqamətdə işlər davam edir. Türkiyənin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı bütün dünyaya örnək ola biləcək bir münasibətlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR