Erik Rubin: “Biz inanırıq ki, Əfqanıstandakı missiya başa çatdıqdan sonra Azərbaycan fərqli bir missiyada da çox vacib rol oynayacaq”

Erik Rubin: “Biz inanırıq ki, Əfqanıstandakı missiya başa çatdıqdan sonra Azərbaycan fərqli bir missiyada da çox vacib rol oynayacaq”
# 05 dekabr 2013 16:39 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Azərbaycan Əfqanıstanda beynəlxalq təhlükəsizlik qüvvələri sırasında, eyni zamanda Əfqanıstana və əks istiqamətdə həm yerdən, həm də havadan yüklərin daşınmasında önəmli rol oynayır”. APA-in məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Bakıda keçirdiyi mətbuat konfransında deyib.

E. Rubin bildirib ki, Əfqanıstanda döyüş əməliyyatlarının başa çatdığı bir mərhələdə artıq qarşıda fərqli tapşırıqlar və vəzifələr durur və bu həftə NATO ölkələrinin keçirdiyi görüş məhz bu mövzuya həsr olunmuşdu: “Biz inanırıq ki, Azərbaycan bu məsələlərdə də önəmli rol oynamaqda davam edəcək, xüsusilə Əfqanıstanda missiya başa çatdıqdan sonra Azərbaycan fərqli bir missiyada da çox vacib rol oynayacaq. O missiya Əfqanıstana və geriyə yük daşınmalarında iştirak, eyni zamanda Azərbaycan Əfqanıstan hərbiçilərinə və təhlükəsizlik qüvvələrinə verəcəyi təlimlər formasında ola bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR