Azərbaycan Banqkokda keçiriləcək beynəlxalq nəqliyyat forumunda iştirak edəcək

 Azərbaycan Banqkokda keçiriləcək beynəlxalq nəqliyyat forumunda iştirak edəcək
# 30 oktyabr 2013 14:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) təşkilatçılığı ilə Asiya Nəqliyyat Nazirlərinin Forumu keçiriləcək.

«APA-Economics»in məlumatına görə, Azərbaycan bu tədbirdə Nəqliyyat Nazirliyinin şöbə müdiri səviyyəsində təmsil olunacaq.

Noyabrın 4-8-də Banqkokda (Tailand) keçirilməsi nəzərdə tutulan forumda üzv dövlətlər tərəfindən nəqliyyat sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər, ümumiyyətlə, bu sahənin inkişafına dair çıxışların dinlənilməsi planlaşdırılır.

Forumun proqramına Asiya və Sakit okean regionunda nəqliyyatın inkişafı üzrə Regional Fəaliyyət Proqramının icrası məsələlərinin müzakirəsi də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR